Sərf edilən kaloridən az kalori qəbul etmək istənilən pəhriz növündə dərhal arıqlamağa səbəb olur.  Arıqlamaq düşkünü olan bir çox vegetarianlar əsasən emal olunmamış və təzə tərəvəzlərə üstünlük verirlər. Bununla belə, bir vegetarianın da cəld çəki salması üçün kalorilərin düzgün qəbulu və bədən tərbiyəsi lazımdır.  Ümumilikdə, vegetarian pəhrizi də tərkibində ət olan digər pəhrizlərdə olduğu kimi sağlam qidalanma proqramına malik olmalıdır. Vegetarianlar üçün sağlam yemək cədvəli tərtib etmək kifayət qədər çətindir. Burada ən vacib iş az kalorilərlə kifayət qədər qidalanmanı təmin etməkdir. Bununla belə, hər hansı bir vegetarian pəhriz həmişə arıqlamağı vəd etmir.

Vegetarian Pəhriz Növləri

7564

Yağlı ət və emal olunmuş ət kimi yüksək kalorili qidaların rasiondan çıxarılması vegetarian pəhrizinin üstünlüklərindən biridir.  Vegetarian pəhrizində heyvan mənşəli ət və ya hətta heyvan mənşəli məhsullar yoxdur. Süd məhsullarının, yumurta və bitki tərkibli qidaları qəbulu edənlərə lakto-ovo vegetarian deyilir. Lakto vegetarian pəhrizində isə yumurta yoxdur və yalnız süd məhsulları yeyilir. Ovo-vegetarian pəhrizində isə yalnız yumurta yeyilir. Vegan isə sadəcə bitki mənşəli qidaları qəbul edənə deyilir. Bütün bu vegetarian pəhriz növləri arıqlamağa yardım edə bilər. Ancaq, ovo-vegetarianlar xüsusilə diqqətli olaraq yumurtadan hazırlanmış, sobada bişmiş delikateslər, yağ və yağlı süd məhsullarından çəkinməlidirlər.

Veqan yeməyi sifariş edərkən nəzərə alın ki, bir çox restaranlar hazırladıqları yeməklərə yağ, şəkər və duz vururlar.  Əgər siz arıqlamağı nəzərdə tutmusunuzsa, çalışın buğda bişirilmiş düyü və ya limon şirəsi sıxılmış tərəvəz salatı kimi yağsız yeməklər sifariş edəsiniz.  Lakin, bəzi yeməklərin vegetarianlar üçün olması, onların az kalorili olması mənasını vermir. Qısa müddətdə arıqlamaq üçün ən yaxşı vegetarian pəhrizi tapın.

Şərh yaz