Əgər bir ömür boyu əməl edəcəyiniz rasion seçmirsinizsə, özünüzü piylənməyə və ömür boyu artıb azalan çəki dəyişikliyinə sürükləyirsiniz.

Niyə çəki hər zaman geri qayıdır?

465241

Beyin xüsusilə hipotalamus aclıq və enerji sərfinə nəzarət edir. Deməli, əgər 20 kq yüngül olmaq arzunuz varsa, bu barədə düşünməkdən daha çox etməlisiniz.  Əgər nə vaxtsa qidalanma və idman vərdişlərinizi dəyişmisinizsə, siz çəkinin artıb azalmasının 4-7 kq arasında dəyişdiyini görmüş olarsınız. Bu beynin işidir. Beyin çəkini həmin diapazonda azaldıb artırmağa icazə verir, çünki sizin həmin çəkidə olmağınızı düşünür. Əgər uzun müddət ərzində həddən artıq qida qəbul etmisinizsə, o sizə bu diapazonu keçməyə icazə verəcək, lakin nadir hallarda bu diapazonun aşağı həddini görə bilərsiniz.

Görəsən niyə hər şeyi düzgün edib, ancaq arıqlamağı bacarmayanlar hələ də var? Niyə adamlar hələ də artıq çəkilidir?

Beyin hər şeyə mükəmməl uyğunlaşandır. İnsanın mövcud olduğu bütün zaman ərzində beyin qida çatışmazlığı dövrləri də daxil olmaqla, bütün ətraf mühit dəyişikliklərinə uyğunlaşmışdır.  Beləliklə, insanın bədən çəkisi diapazonu “təhlükəsizlik şəbəkəsi” və “sığorta polisi” formasında yaranmışdır və qida tapmağın çətin olduğu vaxtları dəf etmək üçün proqramlaşdırılmışdır.

Biz bununla bağlı nə edə bilərik?

Uzun müddətli uğur üçün düzgün vərdişlərə yiyələnin.  Reallıq budur ki, bir çox pəhrizlərin axırı daha artıq çəki almaqla bitir. Ömürlük vərdişlərə yiyələnmək və düzgün sistemə əməl etmək uğura aparan yoldur. Mən öz kitabımda hər kəsin (vacib deyil nə qədər məşğuldur) öz gündəlik həyatında tədbiq edə biləcəyi 30 həyat tərzi vərdişlərini qeyd etmişəm.

23523

Dərk edərək yeyin və bədəninizin səsinə qulaq asın. Orqanizm ac və ya tox olanda həssas olur. Diqqətinizi yayındırmadan yeyin və qida seçimlərinizi düzgün edin. Özünüzü yaxşı hiss etdiyiniz, yaxşı dadan və uzun müddət əldə edə biləcəyiniz qidaları yeyin.

Şərh yaz