Emosional zəmində yemək qəbul etmək həm həyatınızı həm də sağlamlığınızı nəzarət altına ala bilər. Hamımızın elə bir anlarımız olub ki, gərgin, stresli, bezdirici və ya tənha olduğumuza görə yeməklərə üz tutmuşuq. Və hamımız rahatlaşdırıcı yemək haqqında eşitmişik. Mənim nöqteyi nəzərimcə, emosional zəmində yemək çəkinin yersiz artıb azalmasının günahkarıdır.

Emosional olarkən yemək vərdişi qadınların qalib gələ bilmədiyi bir döyüşdür. Ancaq bu o demək deyil ki, onlar istəmir, sadəcə necə qalib gəlməyi bilmirlər. Elə anlarda qadınlar öz impulslarına qarşı çıxmağı bacara bilmir və yemək vərdişlərinin şüüraltı səviyyədə idarə olunduğundan xəbərsiz olurlar.

0985

Emosional zəmində yeməyə aid olduğuna görə düşüncə tərzində dəyişiklik həyati əhəmiyyət daşıyır. Ancaq bu yalnız düşüncə tərzi ilə bağlı deyil, bu həm də qeyri sağlam vərdişləri anlayıb, onları düzgün olanları ilə əvəz etməkdir. Emosional zəmində qidalanmaq hər kəsin qalib gələcəyi bir şeydir. Ona qalib gəlmək olar və siz ona qalib gələ bilərsiniz. Edəcəyiniz ilk şey xöşbəxt və sağlam həyat yaşamağı qərara almaqdır. İkincisi, proqram tərtib edin.  Üçüncüsü, o proqrama riayət edin. Düzdür, bu elə də asan deyil, ancaq inamla deyə bilərik ki, düzgün dəstək və həvəs ilə siz bunu edə bilərsiniz.

Qidalanma vərdişlərində sıçrayış etməyin vaxtı deyilmi? İnanılmaz inam və iradənin ortaya qoyulmasının vaxtı deyilmi? Həyatınızı daha xöşbəxt yaşamağın vaxtı deyilmi? Emosional zəmində yeməkdən imtina edin, nəzarəti əlinizə alın və onun üzərində qələbə çalın. Sadəcə təsəvvür edin ki, siz emosional zəmində qidalanmaya birdəfəlik qalib gəlsəniz, həyatınız necə dəyişəcək.

Şərh yaz