Günəşin altında daha az qalmağa çalışın

Dəri özünü günəşin davamlı təsirindən qorumağa çalışanda qalınlaşır. Salyari problemdən çıxış yolu deyil. Çünki, o bir yerə cəmlənmiş ən təhlükəli hesab edilən A tip şüaları bıraxır. Təbii A tip şüalardan fərqli olaraq, onlar dərinin dərinliyinə nüfuz edir və ciddi zədəyə səbəb olur. Evdən çıxarkən, geniş spektrə malik qoruyucu kremlərdən istifadə edərək, zərərli təbii qaralmanın əvəzinə qaraldıcı sprey və ya krem seçməlisiniz.

SHUTTERSTOCK_196917404_Super

Günəşdən qoruyucu istifadə edin

Dərinizin elastik, hamar və piqment ləkələrsiz olması üçün ən optimal yol SPF 30-dan az olmayan qoruyucudan istifadə etməkdir. Hələ ki, ən effektiv filtrlər Helioplex və Mexoryl-dir. Bir xörək qaşığı kremi (çənə, qulaqlar və saç ətrafı hissələri yaddan çıxarmayın) üzünüzə və bir fincan kremi bütün bədəninizə çəkin. Hətta buludlu havada və ya kölgədə kremi 2 saatdan bir yenidən çəkmək lazımdır.

Gözətrafı dərinin qayğısına qalın

İlk öncə, gözlərinizi ovuşdurmayın. Siz hər dəfə bunu edəndə nazik qan damarlarını zədələyə bilərsiniz. Gündə 2 dəfə retinol, çink və ya peptidlərlə zəngin yaşlanma əleyhinə kremdən istifadə etməyi unutmayın, onu gözətrafı hissələrə çəkin. O elastinin ifrazını artırır və gözətrafı qırışların sayını və dərinliyini azaltmağa yardımçı olur.

Boyun və sinə hissələri yaddan çıxarmayın

Qulluq olunan hissə çənəyə qədər olmamalıdır. Boyun və sinə dərisi daha nazikdir və tez təsirə məruz qalır. Lakin, üzlə müqayisədə, bu hissələr hər zaman nəmləndirici və ya qoruyucu kremlər görmür. Kremlərə qənaət etməyin.

SHUTTERSTOCK_376567441_Super

Kremi düzgün seçin

Yaşlandıqca dəri daha quru və həssas olmağa başlayır. Bu o demıkdir ki, nəmləndirici krem nə qədər yaxşı olsa belə, o yeni problemləri çözə bilməyəcək. Yeni qulluq vasitəsi seçərkən, fikrinizi onun hansı dəri üçün nəzərdə tutulduğuna cəmləməyin. Ən vacib məsələ o vasitənin qırışlar və piqmentasiya problemlərini həll edə bilməsidir. Bağlamanın üzərində “yaşlanma əleyhinə” qeydinə diqqət yetirin.

Qulluq vasitələrini vaxtında istifadə edin

Qulluq vasitələrinin nəticələrindən zövq almaq üçün, onları öz vaxtında istifadə edin. Antioksidantlarla zəngin kremlər səhərlər istifadə olunmalıdır. Bu dərini günün sonuna qədər qoruyacaq. Pilinq kremlər, retinol və kollaqenli kremlər yatağa getməzdən əvvəl çəkilməlidir. Onlar hüceyrələri bərpa edəcək. Əksinə, aktiv nəmləndirici vasitələr axşam çəkilərsə, səhər şişkinliyinə səbəb olacaq.

Dərin qırışların əmələ gəlməsinin qarşısını alın

Üzünüzdə ilk qırışları görən kimi, onlarla mübarizə aparmağa başlayın. Problem dərinləşməmişdən qabaq, peptidlərlə zəngin zərdablardan istifadə edin. Bu qarışıqlar kollaqenin yaranması üçün tikinti materialı hesab edilir və onlar qırışların genişlənməsinə və böyüməsinə imkan vermir.

SHUTTERSTOCK_86226649_Super

Siqaret çəkməyi tərgidin

Nikotin orqanizmi susuzlaşdırır, elastin və kollaqen liflərini dağıdır, gözaltı torbalara və qaraltılara və həmçinin kuperoza səbəb olur. Siqaretçəkmə gözətrafında və burun-dodaq ətrafında qırışların əmələ gəlməsini sürətləndirir. Amerika Üz Plastik və Rekonstruksiya Cərrahları Assosiasiyasının apardığı araşdırma göstərib ki, hər 10 il siqaret çəkmək insanın yaşına 2,5 il əlavə yaş artırır.

Alkoqoldan həddən artıq istifadə etməyin

Alkoqollu içkilər qanda bəzi maddələrin səviyyəsini artırır və onlar da öz növbəsində dəri sallanmasına və üzdə yeni qırışların əmələ gəlməsinə gətirib çıxarır. Hətta gündə bir neçə alkoqollu kokteyl dəri üçün çox ziyanlıdır.

İdman edin

Fitnes və idman etməklə siz dərinizdə qan dövranını yaxşılaşdıra bilərsiniz. Məhz bu səbəbdən, hər dəfə idman etdikdən sonra dəri çəhrayı və sağlam görkəm alır. Ancaq məşğələlərdən sonra üzünüzü yumağı unutmayın.

SHUTTERSTOCK_139641179_Huge

Sakitləşin

İnsan stresli və ya gərgin olanda qanda dərinin qocalmasına səbəb olan kortizol hormonunun səviyyəsi artır. Streslə mübarizə aparmağın yolunu tapın və siz dərinizin necə hamar və parlaq olacağını görəcəksiniz.

Şərh yaz