Dərinin gözəllyi və görkəmi qəbul etdiyimiz qidalardan çox asılıdır. Bir xüsusi pəhrizə bir həftə riayət etsəniz, üz dərinizin daha sağlam görkəm aldığını və xoşagələn rəngə sahib olduğunu görəcəksiniz.

Təklif olunan pəhrizlərdə orqanizmə lazım olan və üz dərisini təbii təravətli və gözəl edən bütün maddələr, vitaminlər və mikro elementlər var.

SHUTTERSTOCK_74622847_Huge

  1. Proteinlər dərinin tonusunu artırmağa yardım edir;
  2. Yağ turşuları dərini qırışlardan qoruyur və onu nəmləndirir;
  3. Antioksidantlar isə dərini ultrabənövşəyi şüalardan qoruyur və onu daha güclü edir.

7 günlük pəhriz:

Gün 1: səhər yeməyi Bir fincan şəkərsiz südlü çay, azca qaynadılmış yumurta, bütöv buğdalı çörəkdən hazırlanmış kolbasalı sendviç; nahar: tərəvəz şorbası, kartoflu hind toyuğu, limon şirəsi və bitki yağı (yaxşı olar ki, zeytun yağı) səpilmiş kök salatı, şam: qaynadılmış düyü ilə toyuq filesi və pomidor şirəsi.

Gün 2: səhər yeməyi: kiçik porsiya pomidor dilimləri ilə az yağlı kənd pendiri, kiçik çörək dilimi, təzə portağal şirəsi; nahar: yarı qaynadılmış yumurta ilə cücə bulyonu, pörtlədilmiş dana qaraciyəri ilə qarabaşaq və bir mandarin; şam: qızardılmış və ya öz suyunda bişmiş balıq, bir böyük göyərti salatı və bir stəkan nar şirəsi.

Gün 3: səhər yeməyi: omlet (2 yumurta, bir pomidor və bir az cəfəri), bir alma və bir fincan yaşıl çay; nahar: tərəvəz bulyonu, bir porsiya krevetli qaynadılmış düyü və pomidor şirəsi; şam: bütöv buğdalı çörəkdən hazırlanmış kolbasalı sendviç və kiçik porsiya meyvə ilə az yağlı kənd pendiri.

Gün 4: səhər yeməyi fındıqlı, ballı 3 xörək qaşığı yulaf yarması, bir fincan südlü kofe; nahar: balqabaq şorbası, bir kiçik porsiya tərəvəz ilə qaynadılmış dana əti və bir fincan bitki çayı; şam: bir porsiya tərəvəz ilə pörtlədilmiş balıq, bir stəkan təzə qreypfrut şirəsi.

SHUTTERSTOCK_376518907_Huge

Gün 5: səhər yeməyi: bir porsiya südlü qarabaşaq yarması, kolbasalı bir dilim çörək və bir stəkan təzə portağal şirəsi; nahar: kələm şorbası, kartof püresi (3 kartof), pörtlədilmiş toyuq kotleti və bir mandarin; şam: tərəvəz qovurması, 2 dilim kolbasa və bir fincan bitki çayı.

Gün 6 və 7: İlk beş günün menyusundan istənilən yeməklər. Çoxlu miqdarda su içmək lazımdır (qazsız mineral su, çay və yoqurt). Bal və quru meyvə kimi şirin qidalar qəbul etmək olar. Ağ quru şərab kimi az miqdarda alkoqol. Hərdən bir fincan kofe içmək olar.

Şərh yaz