Əgər siz tutqun payız səhərində oyanıb şirin həyatın dadını hiss etmək istəyirsinizsə, kefinizi düzəldin, gözəlləşin və arıqlayın, sonra isə bu reseptdən istifadə edin. Şokolad yeməyə və onu xaricdən istifadə etməyə başlayın. Bəli, düz başa düşdünüz. Biz həqiqətən şokolad haqqında danışırıq. Bugün biz onun insanın görkəmini necə yaxşılaşdırdığını və orqanizmin sağlamlaşmasına kömək etməsi haqqında danışacağıq.

SHUTTERSTOCK_237622120_Super

Supermarketə qaçıb bütün şokoladları almağa hazır olanlar bir qaydanı bilməlidir. Bu şirniyyatı həddən artıq yemək olmaz. Üstəlik, yalnız kişmişsiz, fındıqsız və başqa rəngli əlavələrsiz tünd şokoladdan istifadə etmək olar. Şokolad külçələri tamamilə qəbul edilməzdir. Tünd şokoladın kalorisi azdır və o “faydalı” şokolad kriteriyalarına cavab verir. Misal üçün, o insana yaxşı əhval ruhiyyə bəxş edən serotonin və endorfinin ifrazını artırır. Tünd şokoladın tərkibində həmçinin əhvalı yaxşılaşdıran teobromin və eyforiyaya səbəb olan feniletilamin var. Bu açıq aydın səbəbdən həkimlər depressiyadan əziyyət çəkən xəstələrə gündə ən azı bir külçə şokolad yeməyi məsləhət görür. Ancaq antidepressant dərmanları şokoladla əvəz etməyə tələsməyin, çünki kəskin depressiv vəziyyətlərdə şokolad ənənəvi terapiyanı əvəz edə bilməz.

Bir şokolad külçəsi tərkibindəki yüksək kofeinin hesabına beyinin fəaliyyətini yaxşılaşdırır. Bir neçə kiloqram arıqlamaq istəyirsinizsə, şokolad yenə köməkçiniz ola bilər. Bu nəticəyə nail olmaq üçün siz gündəlik qida rasionunuzu sadəcə iki tünd acı şokolad külçəsi və dörd fincan yağsız südlü qəhvəyə qədər azaltmalısınız. Və başqa heç nə. Bu yolla siz alma pəhrizində olduğu qədər çəki salmalısınız- 0.5-1 kq.

Beləliklə, siz elə də işə yaramayan südlü, fındıqlı və kişmişli şokoladları kənara atdınız. Külçələrdən də vaz keçdiniz? Onların hamısı sizə yaxşı görkəm bəxş edən kakao tozu ilə əvəz edilməlidir. Onu saçları qüvvətləndirən maskalarında, piqment ləkələrini aparan nəmləndirici üz maskalarında, anti-sellülit kompres və vannalarda istifadə etmək olar (şokoladın tərkibindəki kofeinin yağları əritməsi məlumdur). Kakao tozu seçərkən, tərkibində ətirləndirici və şəkər olmayan ucuz markaların məhsullarına üstünlük verin.

SHUTTERSTOCK_256279297_Huge

Daha bir vacib məsələ- saxta şokoladdan uzaq durun, çünki o sizin bütün əziyyətlərinizi heç edə bilər. Məsələ burasındadır ki, bəzi riyakar istehsalçılar şokolad ucuz başa gəlsin deyə, kakao yağını (əsl şokoladın hazırlanmasında əsas məhsul olan) sintetik qənnadı yağlarla əvəz edirlər. Belə yağlarla hazırlanan şokoladın dadı əsl şokoladdan çox fərqlənir və bu barədə mübahisə etməyə dəyməz. Ancaq süni yağlar allerqik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən, bu sahədə öz sözünü demiş markalara üstünlük verin və bağlamaları diqqətlə oxuyun.

Şərh yaz