Bu çox məqsədli meyvə sizə kosmetik vasitələrdə qənaət etməkdə yardımçı olacaq. Limonu yalnız qida vasitəsi kimi istifadə etmək olmaz. Onu bahalı vasitələrin əvəzinə də istifadə etmək mümkündür.

SHUTTERSTOCK_286520909_Huge

Qoxulu nəfəsin aradan qaldırılması. Ağızda pis qoxuya səbəb olan bakteriyaları neytrallaşdırmaq üçün limon şirəsi ilə ağzınızı yaxalayın. Siz həmçinin limon dilimi çeynəyib və sonra ağzınızı yaxalaya bilərsiniz.

Dərinin yumşaldırlması. Limon qabığı ilə şəkər qarışığını zeytun yağında yarım saat saxlayın.Bu qarışıqdan ev şəraitində bədəndəki quru dirsəklər, dizlər və topuxlar kimi problemli hissələri aradan qaldırmaq üçün skrab kimi istifadə etmək olar.

Açıq rəngli lokonlar. Bir neçə saç telinizin daha açıq olub nəzərə çarpmağını istəyirsiniz?Bunun üçün limon şirəsi ilə saç balzamını qatın və günəşdəvqaralmazdan əvvəl nəm saçlarınıza çəkin.

Alabula qaralmanın aradan qaldırılması. Qaralmanızı davamlı etmək üçün limonun yarısı ilə problemli hissələri masaj edin.

Sarı dırnaqların ağardılması. Barmaqlarınızı limon şirəsində 5 dəqiqə saxlayın. Dırnaqlarda ləkələrin əmələ gəlməməsi üçün onlara yarı şəffaf dırnaq boyası çəkin.

SHUTTERSTOCK_274007543_Huge

Aknenin aradan qaldırılması. Bunun üçün yatağa getməzdən əvvəl dərinin səpişikli hissələrinə limon şirəsi çəkilməlidir.

Şərh yaz