Haçalanmış saçları daramaq çətin olur, üstəlik onlar səliqəsiz görünür. Haçalanmanın bir neçə səbəbi var. Tez-tez saraltma və rəngləmə, qeyri-qənaətbəxş qulluq, qeyri-düzgün darama və qurutma, orqanizmdə qida maddələrinin çatışmazlığı. SHUTTERSTOCK_188027564_Huge

Ancaq, haçalanma problemi asanlıqla aradan qaldırıla bilər. İsti qayçılar vasitəsilə saçların kəsilməsi bu problemə çıxış yollarından biridir. Haçalanmış saçlar üçün maskalar da çox effektivdir.

  1. Haçalanmış saçlar üçün yağlı kompreslər. İsti yağlarla kompres etmək çox işə yarayır. Misal üçün, zeytun, qanqal, badam, gənəgərçək, jojoba və karite yağları belə maskalar da istifadə oluna bilər. İstifadə edəcəyiniz yağı və ya bir neçə yağları azacıq isidib, saçlarınıza çəkin. Hamam papağı geyinin və isti qalması üçün dəsmala bükün. 40 dəqiqədən sonra maskanı yuyun. Və ya bu formada hazırlaya bilərsiniz: bir yumurta sarısı, gənəgərçək yağı və zeytun yağını (hərəsində 2 xörək qaşığı) qarışdırıb saçlarınıza çəkin. İsti qarışığı saçlarınıza, baş dərisinə və xüsusilə, saçların uclarına sürtün. Hamam papağı taxın və başınızı dəsmala bükün. Bir saatdan sonra saçlarınızı şampunla yuyun.
  2. Haçalanmış saçlar üçün pıtraq köklərindən hazırlanmış maska. Təzə pıtraq kökünü (100 qr) blenderdə əzin. Üzərinə bir stəkan günəbaxan yağı və ya başqa bitki yağı (badam, zeytun və ya gənəgərçək) əlavə edin. Qarışığı isti bir yerdə 24 saat saxlayın. Növbəti gün qarışıq olan qabı qaynar suya qoyun və arada bir qarışdıraraq 20 dəqiqə qaynadın. Sonra qarışığı bir neçə qat tənzifdən keçirin və başqa qaba qoyun. Maskanı saçlarınıza sürtün və bir saat və ya bir sat yarımdan sonra yuyun.

SHUTTERSTOCK_347644637_Huge

  1. Haçalanmış saçlar üçün dimetilsulfoksidli maska. Bu maddə başqa maddələrin təsirini gücləndirir və müxtəlif yağlarla (jojoba, kətan, qanqal, zeytun və başqa) qarışdırıldıqda çox yaxşı effekt verir. Baxmayaraq ki, onun xoşagəlməz qoxusu var, o yağları saçlardan yuyub təmizləməyə yardım edir.

Şərh yaz