Xanımların makiyaj etdiyi zaman bıraxdığı bəzi səhvləri qeyd etmək istəyirik.Əlbətdə, bir çox xanımlar makiyajı əks cinsinin xoşuna gəlmək və başqa yaxşı niyyətlə edir. Lakin, bu proses düşündüyünüzdən daha çox qabiliyyət tələb edir.

SHUTTERSTOCK_355786016_Huge

Səhv 1: Düzgün olmayan tonal kremdən istifadə

Tonal krem üz cildini günəşdə qaralmış görüntüsü vermək üçün deyil. Bunun üçün xüsusi qaraldıcı vasitələr var. Tonal əsasın vəzifəsi bütün qüsurları gizlətmək və cildə mükəmməl hamar rəng verməkdir. Hər zaman öz cildinizin rənginə uyğun rəngdə tonal krem seçin. Tonal krem almazdan öncə, onu çənə hissəsində kiçik bir əraziyə çəkib yoxlayın. Tester istəyib,yoxlamaq da olar. Siz həmçinin tonal kremi evdə çəkib, onu müxtəlif işıq altında sınaqdan keçirə bilərsiniz. Tonal kremin üzünüzdə təbii görünməsinə əmin olun.

Səhv 2: Tonal kremin quru və qabıq vermiş dəriyə çəkilməsi

Tonal əsası çatlamış dəriyə çəksəniz, çox pis nəticə əldə edəcəksiniz. Krem dərinin çatlamış qatları üzərində daha bir qat formalaşdıraraq, onları hamarlaşdırmaq əvəzinə daha da vurğulayacaq. Dərinin quruluğunu nəzarətdə saxlamaq üçün skrablardan müntəzəm istifadə edin.Dərinin qabıqlamaması üçün gündəlik dəriyə qulluq zamanı nəmləndirici kremlərdən istifadə edin. Dərinin vəziyyəti nə qədər yaxşı olarsa, makiyaj bir o qədər yaxşı alınacaq. Beləliklə, nəticə də möhtəşəm olacaq.

Səhv 3:Toppuş dodaqlara sahib olmaq cəhdi

Siz yəqin ki, dodaqları onların yan xəttlərindən kənarda kontur çəkməklə böyütmək haqqında eşitmisiniz və ya bunu nə vaxtsa etmisiniz. Bəli, bunu etmək demək olar ki, mümkün deyil. Bir xırda hərəkətlə siz İlhamə Quliyevanın 90-cı illərdəki görkəmini sahib ola bilərsiniz. Əgər dodaqlarınızı nə olursa olsun böyütmək istəyirsinizsə, eyni tonda dodaq konturu və dodaq boyası istifadə edin, ancaq dodaqların öz yan xəttlərindən kənara çıxmayın. Əgər dodaq boyası silinsə, dodaqlarda gülünc görünən xəttlər qala bilər.

SHUTTERSTOCK_315941945_Huge

Səhv 4: Qaşları həddən artıq nazildilməsi və ya onlara tamamilə toxunulmaması

Əgər qaşlarınız düzgün formaya salınıbsa, onlar gözlərinizi gözəl göstərməklə yanaşı, insanların diqqətini sizin görkəminizə cəlb edə bilər. Qaşlarınızın mükəmməl formada olmasını istəyirsinizsə, mütəxəssis kosmetoloqa müraciət edin. Pinsetlə qaşların təmizlənməsi mütləqdir, amma həddən artıq yox. Zaman keçdikcə qaşlar nazikləşir və əgər qaşlarınızı həddən artıq nazildirsinizsə, onlar yenidən çıxmaya bilər. Ən mükəmməl variant qaşların kənarlarındakı tükləri təmizləmək və onların təbii formasını saxlamaqdır.

Səhv 5: Qara göz qələmindən gündüz makiyajında istifadə edilməsi

Bir qayda olaraq, qara rənglər gözləri vizual olaraq balaca və ensiz göstərir, ancaq açıq rənglər onları böyük göstərir. Məhz bu səbəbdən, yaxşı olar ki, gündüzlər qara qələmdən (xüsusilə gözlərin üzərinə) istifadə etməyəsiniz.Bu sizin gözlərinizə daha açıq və daha təbii görünüş verəcək.

Şərh yaz