Siz arıqlamaq istəyirsiniz, ancaq yerində sayırsınız və bu məqsədinizə doğru istənilən qədər irəliləyiş görmürsünüz? Siz dəfələrlə sağlam qida qəbul etmək və idman etmək kimi ən yaxşı niyyətlərlə həyata yenidən başlayıb, ancaq yolun hansısa hissəsində dayanıb əvvəlki qeyri-sağlam həyat tərzinizə qayıtmısınız?   Bir şəxsin arıqlamaq üçün etdiyi cəhdlər dəfələrlə uğursuzluqla nəticələnirsə, bu həqiqətən inamsızlığa və depressiyaya səbəb ola bilər.

42343

Çəki azaltmaqla bağlı ən əsas problem ondan ibarətdir ki, bu bir gecədə baş vermir. Bir şəxsin əhəmiyyətli dərəcədə arıqlaması bir il və ya daha artıq zaman tələb edir. Bu bir şəxsin məqsədində qalması üçün həddən artıq uzun zamandır və tez-tez bu səbəbdən arıqlamaqla bağlı məqsədlər uğursuzluqla sona çatır. Düzdür, bir ay bir məqsəddə qalmaq bəlkə də çətin olmaz, ancaq bəs bir il və ya daha artıq necə? Məsələnin kökü elə buradadır.

Əgər siz elə şəxslərdən birisinizsə və arıqlamaq arzunuzu reallaşdırmaqda çətinlik çəkirsinizsə, bəlkə indi bu cəhdlərin hamısına başqa tərəfdən yanaşmağın vaxtıdır? Eyni səhvi təkrarlamaq əvəzinə, bəlkə yeni bir şey sınayıb, şansınızı artırasınız?

Şərh yaz