Gözəl bədən quruluşuna sahib olmaq istəməyən qadın var? Çox zaman geniş ombalar qadınların məyusluğana səbəb olur. Bədənin bu hissəsini korreksiya etmək isə çox çətindir.İnsanlar istədikləri nəticəni almaq üçün, külli miqdarda əziyyətlərə qatlaşmalı olurlar. Geniş ombalar adətən “irsi keçir”.

SHUTTERSTOCK_244778146_Huge

Baxmayaraq ki, geniş ombaları korreksiya etmək çətindir, bu iş mümkündür. Bədəndəki yağların əridilməsi bu işin əsas hissələrindən biridir. Bura pəhrizdən istifadə edilməklə arıqlamaq, artıq fiziki yük və problemli hissənin idman hərəkətləri də daxildir.

İlk öncə, pəhrizdən başlanmalı və qida vərdişləri dəyişilməlidir. Ombalardakı yağı əritmək üçün rasiondakı yağlı qidaları azaltmaq lazımdır.Rasiondakı yağların miqdarı ümumi kalori miqdarının 30%-dən artıq olmamalıdır (misal üçün, əgər gündəlik rasion 2000 kaloridirsə, onun 600 kalorisi yağ ola bilər). Rasionun əsas hissəsini karbohidratlar təşkil etməlidir və bu faydalı karbohidratlar olmalıdır. Giləmeyvələr, meyvələr, quru meyvələr, tərəvəzlər, bütöv buğdalı çörək və kəpək belə karbohidratlarla zəngindir.

Yaxşı olar ki, asan həzmə gedən karbohidratların miqdarını azaldasınız və ya tamamilə rasiondan çıxarasınız. Bura qənnadı məhsullar, şəkər, şirniyyatlar və ağ çörək də daxildir.Karbohidratlar gündəlik rasionun 45%-ni təşkil etməlidir. Karbohidratlar əzələlər üçün tikinti materialı hesab edilən proteinlərin toplanması üçün vacibdir.Onlar həmçinin yağların həzmində də iştirak edir. Əlbətdə, menyuda proteinlər də olmalıdır. Bu əzələlər üçün tikinti materialıdır. Əzələlər, hətta dincələn zaman yağları əridə bilir. Duzlu, hisə verilmiş və konservləşdirilmiş qidaları azaltmaq lazımdır.

Sağlam qidalanmaqla yanaşı, incə ombalara sahib olmaq üçün fiziki hərəkətlər də işə yarayır. Bu işdə aerobika xüsusilə effektivdir. Qaçış, aerobika, velosiped sürmə, sürətli yerimə, rəqs – bunların hamısı nəfəs almağın intensivliyini artıran və ürək əzələlərinin yığılıb açılmasını sürətləndirən faəliyyətlərdir. Həftədə ən azı 3 dəfə 20-60 dəqiqə idman etməlisiniz. Əgər idman daha tez-tez etsəniz, nəticə sizi daha tez sevindirəcək.

SHUTTERSTOCK_398168935_Huge

Aerobika ilə yanaşı, problemli hissələri çalışdıran hərəkətlər etmək yaxşı olardı. Müqaviməti dəf edən idman hərəkətləri daha məqsədə uyğundur. Onlar ombaları incələşdirməyə və elastik etməyə kömək edəcək, aerobika ilə birgə ombalardakı yağları əridəcək.

Şərh yaz