1. Az amma tez-tez yeyin. Pəhriz sahəsində çalışan mütəxəssislərə görə, qida qəbulunu hissələrə ayırmaq arıqlamağın ən vacib şərtidir. Gündə beş və ya altı dəfə qida qəbul etmək orqanizmi balanslı və zamanında qəbul edilmiş kalorilərlə təmin edir, qandakı şəkər səviyyəsini normal saxlayır, artıq yemənin qarşısını alır və ən əsası, orqanizmə “mümkün aclığa qarşı” ehtiyat toplamağa imkan vermir.

SHUTTERSTOCK_268998137_Super

  1. Həddən artıq və tez-tez yeməyin. Ola bilsin ki, siz artıq eşitmisiniz ki, tam doymamış qida qəbulunu bitirin. Bu məsləhət hələ də qüvvədədir. İş burasındadır ki, insan tam yeyib mədəni doldurduqdan sonra, doymaq siqnalı beyinə təxminən 20 dəqiqədən sonra çatır. Bu qaydaya əməl etməsəniz, artıq çəki yığmanıza zəmanət verilir. Bu həmçinin lazımsız yağ ehtiyatı və patoloji artıq çəki yığmanın birbaşa yoludur.
  2. Şam yeməyində çox yeməyin. Ümumi inancın əksinə olaraq, saat 18:00-dan sonra yemək yeməməyə heç bir səbəb yoxdur. Əlbətdə, əgər siz səhər saat 05:00 və ya 06:00-da yataqdan durursunuzsa, belə rejim psixoloji nöqteyi nəzərdən ağıla batandır. Bütün digər qaydalarla yanaşı, siz iki asan qaydaya da əməl etməlisiniz: yataqdan durduqdan 12 saat sonra nahar etməməyə və ağır şam yeməyi qəbul etməməyə çalışın. Əlbətdə, siz ağlınızın səsinə qulaq asmalısınız. Axşam qəbul edilən iri porsiyada ağır, yağlı və şirin qidalar gözəl və incə bədənə sahib olmaq arzuların hamızını puç edəcək.
  3. Su için. Hərdən artıq çəkidən azad olmaq üçün lazımi qədər saf suyun içilməsi kifayət edir. Bir çox mütəxəssislərin rəyinə görə, bu lazımi miqdar gündə təxminən 2 litr və ya 6-8 stəkan mayeyə bərabərdir. Su normal metabolik proseslərin getməsi və bədəndəki artıq yağdan qurtulmaq üçün orqanizmin siqnallarının yaxşı işləməsi üçün çox vacibdir. Üstəlik, biz tez-tez susuzluqla aclığı qarışıq salırıq və əhəmiyyətli miqdarda suyun içilməsi qəbul etdiyimiz qidanın miqdarını avtomatik sürətdə azaldır.

SHUTTERSTOCK_244150099_Huge

  1. Rasionunuzdakı yağların miqdarına nəzarət edin. Hədsiz yağlı məhsullarla orqanizmə daxil olan kalorilərin haqlı azaldılması, artıq çəkidən azad olmaq məqsədilə həyati vacib məsələdir. İlk öncə, məntiqlə düşünsək, yağ ehtiyat enerji mənbəsidir və orqanizmə onu saxlamaq enerji ehtiyacını ödəmək üçün sərf etməkdən daha asandır. İkincisi, 1 qram yağ 9 kkal-ə bərabərdir. Bunun əksinə olaraq, bir az protein və karbohidratlar cəmi 4 kkal-dir. Eyni zamanda, tamamilə lipid çatışmazlığı nəinki yersiz olub, hətta sağlamlıq üçün ciddi ziyan gətirə bilər. Bu baxımdan qeyd olunan minimum həddi keçmədən, qida maddələrinin qəbulu standartlarına əməl etməyə çalışın.
  2. Şirniyyat qəbuluna hədd qoyun. Şirin qidalar yağ toplanması prosesində müstəsna iştirak edən insulinin ifrazını sürətli şəkildə artırır. Həmçinin, qan dövranında qlukozanın kəskin qalxıb enməsi və rasiondakı sadə şəkərlərin çoxluğu iştahanı artırır və əlavə kalori qəbul etməyə dayanmadan vadar edir.
  3. İdman edin! Artıq çəkidən effektiv şəkildə azad olmaq üçün düzgün rasiona və pəhrizə əməl etmək kifayət etmir. Fiziki aktivlik əhəmiyyətli dərəcədə vacibdir. Düzgün seçilmiş və əməl olunan fiziki yük, idman zamanı metabolizmi sürətləndirərək, artıq yağları yandıracaq və yağ yandırma prosesi idman etmədiyiniz, hətta dincəldiyiniz zaman da davam edəcək!

1 şərh var

Şərh yaz