Əgər saçlarınız normal sürətdə uzanmırsa və ya sizə elə gəlir ki, onların uzanması zəif və ya yavaş gedirsə, nə etməli?

 

Əvvəlcə, gəlin saçların uzanmamasına və ya yavaş uzanmasına səbəb olan amilləri anlayaq. Bunun aşağıdakı səbəbləri ola bilər.

  • zəif uzanmağa genetik meyllilik;
  • saçlara düzgün qulluğun olmaması;
  • vitamin və digər qida maddələrinin çatışmazlığı.

SHUTTERSTOCK_426600865_Huge

Saçların uzanmasını stimullaşdıran evdə hazırlanan müxtəlif maskalar yuxarıda qeyd etdiyimiz problemlərdən ikisini həll edir. Onlar saçlara düzgün qayğı göstərir və onları effektiv şəkildə qidalandırır. Amma saçları necə uzatmaq olar?

Biz əsrlərlə məlum olan bir neçə xalq təbabəti reseptlərini sınamağı məsləhət görürük. Saçların uzanması üçün bir neçə maska resepti.

Saçların uzanması üçün yağlı maska

Bu maskanın tərkibindəki zeytun, gənəgərçək və kakos yağları birgə çox yaxşı effekt verir. Bu ərzaqlar eyni miqdarda götürülüb, qarışdırılmalı sonra isə saç köklərinə çəkilməlidir. Başın dərisini bir neçə dəqiqə masaj edin. Başınıza hamam papağı qoyun və daha isidici effekt almaq üçün isti papaq taxın. Bu maska başda təxminən bir saat qalmalıdır. Sonra saçlarınızı limon şirəsi qatılmış su ilə yaxalayın.

Saç uzanması üçün pomidor maskası

Bu maska saç uzanmasını sürətləndirir. Onu hazırlamaq üçün, bir dənə yetişmiş pomidorun qabığını soyub blenderdə yaxşıca qarışdırmaq lazımdır. Sonra həmin qarışığı saçların kökünə çəkmək lazımdır. Bu maska 15-20 dəqiqədən sonra yuyulmalıdır.

Saç uzanması üçün soğan şirəsindən hazırlanmış maska

Söğan şirəsindən hazırlanmış maskanı müntəzəm şəkildə saçlarınıza çəksəniz, saçların uzanmasına zəmanət verilir. İki xörək qaşığı soğan şirəsi, 1 xörək qaşığı konyak və 6 xörək qaşığı qanqal cövhəri ilə qarışdırılmalıdır. Maskanı saçların köklərinə çəkib, təqribən bir saat saxlamaq lazımdır. Sonra isə şampunla yumaq lazımdır.

Saç uzanması üçün vitamin maskası

Saçların uzanmasını stimullaşdırmaq üçün vitamin maskasından istifadə edə bilərsiniz. Eyni miqdarda kətan və qanqal yağlarını qarışdırın. Bu qarışığa Aevit vitaminin iyirmi kapsulunu əlavə edin. Maskanı saçların köklərinə çəkin və bir saat saxlayın. Sonra saçlarınızı yuyun amma qurutmayın. Gözləyin onlar özləri qurusun. Vitaminli maska həftədə üç dəfə istifadə oluna bilər.

SHUTTERSTOCK_170783885_Huge

Saçların uzanmasını stimullaşdıran xardal maskası

Xardal maskası saç uzatmaq üçün ideal maskadır. 200ml yoqurtun üzərinə bir yumurta sarısı və bir xörək qaşığı quru xardal əlavə edin. Alınmış qarışıq yaxşıca çalınmalı və saçların köklərinə çəkilməlidir. Bu maskanı bir ay ərzində hər gün istifadə etmək məsləhətdir. Onu 40-60 dəqiqədən az saxlamaq olmaz.

Saç uzanması üçün bal maskası

Bal maskaları saç uzatmaq üçün çox yaxşıdır. Onları hər gün və ya günaşırı istifadə etmək lazımdır. Maskanı hazırlamaq üçün 1 xörək qaşığı bal, 1 xörək qaşığı konyak və 1 yumurta sarısı lazımdır. Bu ərzaqları eynicinsli qarışıq alınana qədər çalın, sonra isə saçlarınıza çəkin. Prosedurun müddəti təqribən bir saatdır. Sonda saçlarınızı adi qaydada yuyun.

Pivə maskası

Pivə ideal saç uzadan ərzaqdır. 200 ml pivə ilə 2 yumurta sarısını qarışdırın və köpüklü qarışıq alınana qədər çalın. Maskanı saçlarınıza və saçların köklərinə çəkin. Onu təqribən bir saat saxlayın və sonra yuyun.

Şərh yaz