Yaxşı yatmaq, yataqdan qabaq hansı qidaları qəbul etmək və səhər yuxudan oyandıqda gözəl görünmək üçün nə etmək olar barəsində faydalı məsləhətlər.

SHUTTERSTOCK_131108405_Super

Arxanız üstündə yatın.

Mədənin üstündə yatmaq gözəlliyə mənfi təsir edir. Başın çəkisi təxminən 3-4 kiloqrama bərabərdir. Bu hər axşam üzə təsir edən əhəmiyyətli təziq deməkdir. Dermatoloqlar qeyd edirlər ki, insanın yatmağa üstünlük verdiyi tərəfində qırışların əmələ gəlməsi daha labüddür.

Yataqdan durmaq

(5-10 sm) hündürlüyündə taxta lövhələri çarpayının baş hissəsinə qoyun və ya iki yastıqla yatın. Qravitasiya mayenin bədəndə toplanıb qalmasının qarşısını alan qan və limfa dövranını stimullaşdırır.

Qırışlar deyil, pul yığın

Yuxu zamanı gözə qulluq vasitələrinin yayılıb makiyajı korlamağından narahat olmayın.Buna görə, onların lap qatısından istifadə edin. Aquaphor kimi kipriklərin vəziyyətini yaxşılaşdıran və gözətrafı dərini mükəmməl nəmləndirən vasitələrdən istifadə edin.

SHUTTERSTOCK_329924090_Huge

Karbohidratlı üz cildindən can qurtarın

Proteinlə zəngin və cüzi miqdarda şəkər tərkibli yeməklər (misal üçün, qulançarlı qızıl balıq) qəbul etdiyiniz günün səhəri gözəl üz cildi ilə oyana bilərsiniz. Siz vermeşil, düyü və kartofdan canınızı qurtarmalısınız. Rasion qlikemik karbohidratlarla zəngindirsə, üz toppuş olacaq.

Başınızı örtün

Səhərlər yaranan qıvrım saçlar problemi gecə yatmazdan əvvəl başı ipək şərflə örtmək və ya atlaz yastıq cildində yatmaqla həll edilə bilər. Bu parçalar pambıqdan qat-qat yumşaqdır və ona görə də saçlar onlara toxunduqda daha az sürtülür.

Özünüzü balet rəqqasəsi kimi hiss edin

Saçlarınızı başın yuxarı hissəsində yığın (əyilmənin qarşısını almaq üçün parça bağlardan istifadə edin). Səhər qəşəng həcmli və dalğalı saçlarla oyanacaqsınız.

Şərh yaz