1. Nişastalı karbohidrat əsaslı yeməklər hazırlayın

Nişastalı karbohidratlar qəbul etdiyiniz ümumi qidanın yarıdan çoxunu təşkil etməlidir. Buna əməl edə bilmirsinizsə, heç olmasa hər yeməyinizə bir nişastalı məhsul əlavə edin. Karbohidratlarla zəngin məhsullara kartof, çörək, sıyıqlar, düyü və makaron daxildir. Bütöv buğdalı qida növlərini seçin, çünki onlar daha çox liflərlə zəngindir və sizi uzun müddət tox qalmağa yardım edəcək. Bəzi insanlar düşünür ki, nişastalı qidalar kökəldir, ancaq bu bir faktdır ki, karbohidratlardakı kalori yağlardakının yarısından da azdır.

75623

  1. Çoxlu meyvə və tərəvəz yeyin

Meyvə və tərəvəzlər yağsız və kalorisiz tərkibə malikdir, ancaq liflə zəngindir.  Onlarda həmçinin immun sistemi təbii şəkildə gücləndirən və xəstəliklərlə mübarizə aparmağa imkan verən çoxlu miqdarda vitamin və minerallar var.  Dietoloqlar ümumilikdə hər gün müxtəlif meyvə və tərəvəzlər yeməyi məsləhət görür. Bu səsləndiyindən daha da asandır.

  1. Doymuş yağ və şəkəri azaldın

İnsan orqanizminə əvəzolunmaz yağ turşuları və yağda əriyən vitaminləri qəbul etmək üçün müəyyən miqdarda yağ lazımdır, ancaq həddən artıq yağ çox zaman kökəlməyə aparıb çıxarır. Deməli, düzgün pəhrizə riayət etmək üçün sadəcə doymuş yağları yağlı balıqlarda, toxumlarda, qız-fındıqda və avokadoda olan doymamış yağlarla əvəz etmək lazımdır. Kərə yağı, qənnadı məhsulları, qaymaq və pendirdə olan doymuş yağlar orqanizmdə xolesterolun səviyyəsini qaldıra bilər.

  1. Kifayət qədər su için

8673

İcazə verməyin su olan yerdə orqanizminiz susuzluqdan əziyyət çəksin. Yediyimiz qidalardakı sudan əlavə hər gün 6-8 stəkan su içmək məsləhət görülür. Yüksək miqdarda şəkər və kalorilərlə zəngin şəkərli və qazlı içkilərdən uzaq durmağa əmin olun. Elə içkilər dişlərə də ziyandır. Əslində, şəkər əlavə edilməmiş meyvə şirəsində də yüksək miqdarda şəkər var, ona görə də onlardan nə qədər içdiyinizə diqqət edin. Hər gün 150 ml-dən artıq meyvə şirəsi içməməyə çalışın.