- Pilinq. Üz dərisinin qulluğa ehtiyacı olduğu kimi, dodaqların da qulluğa ehtiyacı var. Xüsusi skrablardan istifadə etməklə siz öz dodaqlarınızın dərisini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, onları daha zərif edərək, qan dövranını yaxşılaşdıra bilərsiniz. Bu cavanlaşdırıcı və təravətləndirici prosedur dərini sürətlə yeniləyir və belə zərif bədən üzvünü ölü hüceyrələrdən təmizləyir.
Dodaqlar üçün skrablar gel və ya krem formasında istehsal olunur. Onların tərkibində çox zaman peyğəmbərçiçəyi və ya kokos ekstraktları olur. Dodaqların zərif dərisinə təsir edə bilən kiçicik şəkər hissəcikləri və ya mikroskopik ölçüdə sintetik hissəciklər də onların tərkibində ola bilər. Zərif pilinq və qan dövranının yaxşılaşdırılması dodaqları daha qəşəng, gənc, zərif və cəlbedici edəcək. - Qidalandırma və nəmləndirmə Pilinqdən sonra dodaqları qidalandırmaq və nəmləndirmək çox vacibdir. Kosmetik qızılgülü və jojoba yağı belə prosedurlar üçün mükəmməldir. Dodaq boyası ilə dodaq balzamı arasındakı fərqi bilmək mütləqdir. Dodaq boyası dodaqları qorumaq və nəmləndirmək üçündür, məsələn soyuq qış və ya çox isti yay günlərində. Balzam isə qidalandırmaq və bərpa etmək üçün nəzərdə tutulub və məhz buna görə onu müalicəvi məhsul kimi qəbul etmək lazımdır.
- Zərərli təsirlərə qarşı müdafiə. Ətraf mühit insanlara və onların dərisinə təsir göstərir. Qış, qızmar günəş və şaxta dodaqların nazik dərisinin qurumasına, bərkiməsinə və çatlamasına səbəb olan faktorlardandır. Bu səbəbdən dodaqların üzərində nazik qoruyucu qat əmələ gətirən və tərkibində lipidlər olan kosmetik vasitələrdən istifadə etmək tövsiyə olunur. Siz məhsulun tərkibindəki komponentləri öyrənməli və içərisində E, F vitaminləri və müxtəlif mineral yağlar olan vasitələrə üstünlük verməlisiniz.
Dodaqlar üçün günəşdən qoruyucu kremlər qısa dalğalı və uzun dalğalı ultrabənövşəyi şüalardan qorumalıdır. Beləliklə, məhsulun üzərindəki məlumatı diqqətlə oxumaq lazımdır. - Susuzlaşmaya qarşı müdafiə. Optimal su balansını bərpa və susuzlaşmanı dəf etmək üçün tərkibində avokado, şaftalı, buğda cücərtiləri, Karite ağacının yağı və ya xiyar ekstraktları olan dodaqlar üçün kosmetik məhsullar (balzam, dodaq boyası və maska) almalısınız.
- Cavanlaşdırma. İnsan yaşlandıqca onun dərisi solur. Bu dəyişiklik həmçinin dodaqların və bütün bədənin dərisinə təsir edir. Yaşlanmaya qarşı kosmetik vasitələrin çeşidlərinə nəzər salın. Əgər sizin 35-dən artıq yaşınız varsa, yaş həddinə uyğun qulluq vasitələrini istifadə etməyə başlaya bilərsiniz. Müxtəlif zərdablar, dərini tarımladan kremlər və gellər dodaqların sallanmasının qarşısını alacaq, qırışlarla mübarizə aparacaq və mükəmməl nəmləndirmə effekti təmin edəcək.
Yaddan çıxarmayın ki, dodaqların gözəlliyi qadınların ən əsas silahlarından biridir. İcazə verin sizin kimi ehtiraslı öpüş arzulayan kişilər cəlbedici və qulluq edilmiş dodaqları öpsünlər.