Yuxusuzluqla müqayisədə, allergiyalar, genetik meyllilik və hormonal pozuntular insanın görkəmində daha çox dəyişikliyə səbəb olur. Baxmayaraq ki, hidroxinon və lazer cilalanması gözlərin ərtafındakı qara kölgələri aradan qaldıra bilər, hərdən keyfiyyətli ləkə örtücü tonal krem (konsilerlər) də möcüzələr yarada bilər.
Bu sadə məsləhətlərə əməl edin və gözətrafı qaraltılardan həmişəlik canınızı qurtaracaqsınız.
Yüngül kremlər. Həddən artıq quru və ya qatı vasitələr insanı yaşlı göstərir. Öz cildinizin təbii rəngindən bir az açıq rəngdə vasitələr seçməlisiniz: portağal rəng qara dərilər, çəhrayı solğun dərilər, şaftalı orta rəngli dərilər üçün.
Sürtməyin, sığallayın. Qələm formasında olan konsilerlə gözlərin ətrafına iç hissəsindən kənar hissələrinə qədər nöqtələr qoyun. Ehtiyatla bu nöqtələri yayın. Bu proseduru bir az kirşan çəkməklə tamamlayın. Əgər qırışlarınızın üzərinə tonal krem çəksəniz, onları daha da vurğulayacaqsınız.
Bir az rəng qatılması. Yüngül hərəkətlərlə bir az göz kölgəsi çəkin. Xüsusi korrektəedici vasitə gözlərin kənar künclərinə və qaşlara çəkilməlidir.
Çapıqların və səpişiklərin gizlədilməsi. Amerika Dermatoloqlar Akademiyası təfərindən aparılan araşdırmanın nəticələrinə, görə 30 yaşlı qadınların 35%-i və 40 yaşlıların 25%-i akne (səpişik) problemindən əziyyət çəkir.
Səpişiklərin gizlədilməsi. Yağlı kosmetik vasitələr səpişikləri artıra bilər. Üz cildinizin yağsız tibbi mayelərlə (salisil turşusu akneni aradan qaldırır, kükürd isə iltihabı azaldır) hamarlaşdırmaq yaxşı olar.Sonra üzünüzə isə nazik sintetik fırçanın köməyilə, səpişikli dərinin rəngini yaxşılaşdıracaq, ləkə gizlədici tonal əsasdan xırda nöqtələr qoyun. Nöqtələri yayın və kirşanla örtün.
Çapıqların boyanması. Əgər əvvəllər səpişikləri sıxmısınızsa, üzünüzdə xırda çapıq izlər qalmalıdır. Öz cildinizin rəngindın azacıq açıq və qalın çəkilmiş makiyajla dərinizi hamar edə bilərsiniz.Kiçik sintetik fırça ilə bütün qüsurları ehtiyatla korrektə edin.Tonal kremin yayılmasının qarşısını almaq və makiyajı tamamlamaq üçün yarışəffaf kirşan istifadə olunmalıdır.
Saş köklərinin və ağ saçların rənglənməsi. Sizin məqsədinizin nə olmasından asılı olmayaraq, ən sadə vasitələr rəngsiz saç köklərini və ya ağarmış saçları gizlətmək üçün çox effektiv ola bilər.
Mükəmməl saçlara sahib olmaq üçün bizim məsləhətlərə əməl edin:
Mühafizəkar tərzlərdən istifadə etməyin. Saçlarınızı toplayaraq, siz onların köklərini daha çox görünməyinə səbəb olursunuz. Saçlarınızı səliqəsiz şəkildə ayıraraq sərbəst həcmli tərzdə olması daha yaxşı olar.
Rənglənmələr arasında ağ saçların gizlədilməsi. Əgər münasib vasitə axtarırsınızsa, bitmiş saç köklərini gizlətmək üçün saç qələmindən istifadə edə bilərsiniz. Saraldıcı tozdan istifadə etməyin, çünki onlar saçlarınızı süni göstərə bilər.
Vasitəni dəyişin. Əgər 25%-dən az ağ saçlarınız varsa, siz intensiv saç rəngindən istifadə edə bilərsiniz. Davamlı saraltmadan fərqli olaraq, bu tip rənglər 20-25 dəfə yuyulmadan sonra saçların rəngini açacaq və beləliklə yenidən bitmiş saç kökləri nəzərə çarpmayacaq.