İnsanların həyat tərzlərində köklü dəyişiklik, piylənmə kimi problemlərin qabarmasına gətirib çıxardı. Hər iki adamdan biri bu problemin qurbanıdır. Bir çox insanların öz sağlamlıqlarının dəyərini dərk etdiyi bir vaxtda, onları belə bir sual narahat edir, görəsən pəhriz yoxsa idman daha yaxşı nəticə verir? Ancaq, hər ikisi yaxşı nəticə verdiyinə görə, təkcə birinə tamamilə üstünlük verməyə ehtiyac yoxdur.
Qısası, əgər idmanla pəhrizi müqayisə edirsinizsə, onlardan hansının necə nəticə verdiyini yaxşı anlamalısınız və onların hər ikisinin birgə istifadəsi ilə istənilən nəticələri əldə edə bilərsiniz. Fiziki hərəkətin və pəhriz proqramının üstünlükləri siyahısı onların necə çalışdığını anlamağa kömək edəcək.
Müntəzəm İdmanın Faydaları
Kaloriləri daha sürətlə sərf edir
Ürək tutmaları riskini azaldır
Diabet problemini nəzarətdə saxlamağa yardım edir
Qan təziqini normada saxlayır
Stres və narahatçılığı azaldır
Sınıqların tez və asanlıqla sağalmasına yardım edir
İnsult riskini azaldır
Görkəmi yaxşılaşdırır
Əqlin itiliyini artırır
İdman etməyin bir çox üstünlükləri ilə yanaşı, onun çəki salmağa nə qədər yardım etməsini anlamaq asandır. İnsan arıqladıqca onun dərisi sallanır və məhz bu səbəbdən bədəni tonusda və düzgün formada saxlamaq çox vacibdir. Bundan əlavə, idman metabolizm səviyyəsini artırır və nəticədə çəki azalma prosesi daha sürətli gedir. Bu yolla idman sağlam qalmağa çox kömək edir.