Siz bilirsiniz, iş günündən sonra yaxşı dincəlmək və özünə gəlmək necə olmalıdır? Qadınlara fiziki və mənəvi balansı qorumaq üçün bir neçə mütəxəssis məsləhəti.

SHUTTERSTOCK_285546191_Huge

İşdən qayıtdıqdan sonra makiyajı yumalısınız ki, dəriniz nəfəs alsın. Sonra heç olmasa yarım saat (yaxşı olar ki, bir saat) uzanıb dincəlməlisiniz. Köynək və ya lap yaxşı olar ki, çılpaq uzanasınız.

Yatağa getməzdən əvvəl siz ən azı 30 dəqiqə təmiz havada yeriməlisiniz. Bu yuxunuzun dərin olmasına və yorğunluğu aradan qaldırmasına gətirib çıxaracaq. Psixoloqlar orta yaşlı tənha qadınlara it saxlamağı məsləhət görür. Sadiq ev heyvanı və özündən başqa birisinin qayğısına qalmaq zərurəti zehni sakitliyə nail olmağa kömək edir.

Yatağa getməzdən iki saat əvvəl bütün fiziki və əqli işləri dayandırmalısınız, əks halda siz yorğunluqdan yata bilməyəcəksiniz. Yataq otağınız tez-tez xüsusilə yatağa getməzdən əvvəl havalandırılmalıdır. Oradakı temperatur 16-18 dərəcədən artıq olmamalıdır.

Gənclikdə biz çoxumuz it kimi yatmışıq və başımızı yastığa qoyan kimi yuxuya getmişik. Hər orta yaşlı qadın bunu edə bilməz. Onların bəziləri gecə yarısı titrəyərək yuxudan oyanır və sonra bir müddət yataqda vurnuxur. Yuxugətirici həblər ən yaxşı çıxış yolu deyil. Dərmanlar kimi effektiv təsirə malik bir neçə sadə vasitələr var və onlar sağlamlığa heç bir zərər vurmur.

SHUTTERSTOCK_161125337_Super

  1. Yatağa getməzdən əvvəl bir qaşıq bal əlavə edilmiş bir stəkan isti süd için;
  2. Beyninizdə 1-dən 100-ə qədər deyil, 100-dən 1-ə qədər sayın və təsəvvür edin ki, fikirləri əski ilə silirsiniz. Siz dərin nəfəs almalı və burnunuzla nəfəs alaraq, hər dəfə nəfəs verəndə saymalısınız;
  3. Yorğanı kənara qoyun və örtünməmiş uzanın. Hazırki iqlimi nəzərə alsaq, siz tezliklə sərinləyəcəksiniz. Kifayət qədər sərinlədikdən sonra yorğanı yenidən üzərinizə çəkin. Bədəniniz ürəyəyatan istini hiss edəcək. Yatağınız rahat gələcək və siz asanlıqla yuxuya gedəcəksiniz.
  4. Əgər yuxugətirici olmadan yata bilməyəcəksinizsə deyə qorxunuz varsa, həmin yuxugətirici həbi və bir stəkan suyu çarpayınızın yanına qoyun və özünüzə deyin ki, əgər onsuz yata bilməsəniz qəbul edəcəksiniz.