Dəriyə zərər vurmadan onu yaxşıca qaraltmaq mümkündürmü? Bəli, bu düzgün seçilmiş günəşdən qoruyucu kremlərin və qulluq vasitələrinin birgə istifadəsi ilə mümkündür. Hər hansı bir vasitəni seçərkən, həm dərinin tipi, həm də onu istifadə edəcək insanın yaşını nəzərə almaq çox vacibdir.
30 yaş
Ultrabənövşəyi şüalar dərini qurudur və çox zaman qabıqlanmağa və səthi qırışlara səbəb olur. Tərkibində hialuron turşusu, dəniz yosunu, bitki yağları və digər komponentlər olan nəmləndirici vasitələr sizi xoşagləməz fəsadlardan qorumağa kömək edir. Gün ərzində dərinin su balansını qoruyan termal sular da çox faydalıdır. Tətildə olduğunuz zaman, günəş vannası qəbul etdikdən sonra tənbəllik etməyin və nəmləndirici və ya sakitləşdirici maskalardan istifadə edin, məsələn avokado yağı, sidik cövhəri və Karite yağı kimi. Belə maskalar dəri qızartılarının qarşısını alır və onun qəhvəyi rəngdə qalmasına yardım edir.
40 yaş
Siz aşağı molekulyar hialuron turşu tərkibli zərdablar kimi daha qatılaşdırılmış nəmləndirici vasitələrə üstünlük verməlisiniz. Gündəlik qida rasionunuza andioksidantlarla – E, C vitaminləri və başqaları ilə zəngin ərzaqlar əlavə etmək vacibdir. Onlar ultrabənövşəyi şüaların dəri hüceyrələrini zədələməsinə imkan vermir və dərinin tez bərpa olmasına yardım edir. Gecə qulluğu üçün daha qatılaşdırılmış tərkibə malik vasitələr seçilməlidir. Retinol tərkibli kremlər və digər yaşlanma əleyhinə vasitələr yay ərzində istifadə olunmamalıdır. Eyni zamanda, tərkibində amin turşuları və peptidlər olan kosmetik vasitələr dərini yaxşı vəziyyətdə qalmasına kömək edir.
50 yaş
Yaxşı olardır ki, dərinizi günəşin uzun müddətli təsirinə məruz qalmasına əvvəlcədən hazırlayasınız. Ən mükəmməl hazırlanma metodu gözəllik salonunda aparılan dərin nəmləndirmə prosedurudur. Bu prosedur peşəkar hidrofil maskaları, ozon terapiyası, mezoterapiya, biorevitalizasiya (hialuron turşusunun dəriyə yeridilməsi) ola bilər. Həmçinin ev şəraitində dərinin təbii qoruyucu xüsusiyyətlərini yaxşılaşdıran koenzim Q10 və kollaqenli maskalar hazırlaya bilərsiniz. Tətildə olarkən dərinin nəmləndirilməsinə ciddi riayət etməlisiniz. Yalnız üz dərisi deyil, həmçinin sinə və boyun dərisinə də qulluq göstərilməlidir. Bu hissələrdə dəri çox nazikdir və ultrabənövşəyi şüalanmanın təsirinə tez məruz qalır.