Təəssüf ki, çox qadınlar artıb azalan çəki problemi ilə üzləşirlər. Çəkini artırıb azaldan pəhrizin bir çox cəhətləri var və siz nə vaxtsa belə bir pəhriz saxlamısınızsa, nə demək istədiyimi anlayırsınız.

Həddən artıq çox qadınlar arıqlamaq üçün çətin yolu seçirlər. Bu o demək deyil ki, istənilən vasitənin köməyilə arıqlamaq asan işdir, çünki bu belə deyil. Mən bunu öz şəxsi təcrübəmdə bilirəm. Ancaq bir düşünün görün bir evi damından tikməyə başlasanız bu necə çətin olar? Bu kifayət qədər çətin olardı elə deyilmi? Bir işi bünövrədən başlamaq hər şeyi asanlaşdırır. Arıqlamaqla da bu belədir. Bünövrədən başladıqda işlərin hamar getməsinə şərait yaranır.

Bünövrədən başlamaq o deməkdir ki, siz öz qidalanma vərdişlərinizə “niyə” sualını verirsiniz. Bu o deməkdir ki, sizin qeyri-sağlam vərdişlərinizi nəyin idarə etdiyini anlayırsınız. Bu həmçinin sizin arıqlamaq məqsədlərinizlə uyğunlaşmayan vərdişlərə qalib gələn strateji planınızın olduğu anlamına gəlir.  789421

Düşünərək qidalanmaq vərdişlərini təcrübədən keçirmək və stres, cansıxıcılıq, tənhalıq və narahatçılığın sağlam və xöşbəxt həyat yaşamaqdan necə məhrum etdiyini anlamaq çox vacibdir.  Bu sadəcə necə qidalandığınızın sizə arıqlamaqda uğur gətirə biləcəyi haqqında başqa cür düşünməkdir. Bu sizə arıqlamağa kömək edən yeganə şey deyil, ancaq əminliklə deyə bilərik ki, bu əsas komponentlərdən biridir.

Əgər çəkinizlə mübarizə aparırsınızsa, o çəki daha sizin həyatınızı tələf etməyəcək. Təəssüf ki, bir çoxumuz vaxtımızı çəkimizlə mübarizə aparmaqda keçiririk. Ancaq bu belə olmamalıdır. Düzgün düşüncə tərzi, inam və dəstək ilə, arıqlamaqla yanaşı istənilən çəkini həmişəlik qoruyub saxlamaq olar.