Önsöz

Arıqlamaq niyyətində olan bir çox insanlar vaxtlarını düzgün sərf etmək üçün mübarizə aparırlar. Nəticədə onlar əldə oluna bilən çoxlu polufabrikatlara üz tuturlar. Siz düşünə bilərsiniz ki, nə isə yemək heç nə yeməkdən daha yaxşıdır, amma bu belədirmi? Sağlam görünən fast fud qeyri sağlam maddələrlə dolu ola bilər. 645754

Bu qidalar pəhrizin qənimidirlər. Onlar adətən nəinki pəhriz üçün zərərli həmçinin sağlamlığa ziyan vura bilərlər. Onları yeməklə aclıq hiss artır və arıqlamaq planları tamamilə pozulur.

Sağlam qidalanma proqramına əməl etmək daha çox hazırlıq və planlaşdırma tələb edə bilər. Zamanınızı daha yaxşı idarə etməyi öyrənməlisiniz. Bəzi insanlar üçün bu çətin ola bilər, amma siz bunu bacaracaqsınız. Sadəcə sizin üçün vacib olan qərarı verin. Yeməkləri əvvəlcədən planlaşdırmaq üçün vaxt ayırmaq və hər zaman əlinizin altında sağlam qəlyanaltı saxlamaq sizi başqa qidalara üz tutmaqdan çəkindirər.

Xırdalıqlar

  • Polufabrikat qidalar insulin tələb edir. İnsulin isə öz növbəsində orqanizmdə piy toxuması bazasını yaradır. Onlardan nə qədər çox istifadə etsəniz, orqanizminizdə bir o qədər çox piy toplanacaq.
  • Həmçinin onlar qidalı maddələrlə zəngin deyil. Elə qidalar çoxlu emal proseslərindən keçmişdir və bir çox qidalı maddələr məhv olmuşdur.
  • Tərkiblərində lazımi qədər lif yoxdur. Lifli qidalar yedikdən sonra insan uzun müddət tox qalır, deməli onların olmaması qısa müddətdən sonra aclıq hissinin yaranmasına səbəb olur.
  • Polufabrikatlar qanda qlukozanın səviyyəsini qaldırır. Belə qidalar tez həzm olunur və qandakı qlukoza sürətlə artır və sonra sürətlə azalır. Bu insanı ac, əsəbi və hafizəsiz edir.
  • Üstılik, tərkiblərində sadə şəkərlər var. Onlarda sağlamlığa ziyan olan şəkər və ya süni şirinləşdiricilər də var. 280945856
  • Üstəlik həddən artıq kimyəvi maddələrlə zəngindir. Sağlamlıq üçün xeyirli olmayan rəngləyicilər və konservantlar da var.
  • Onlar insanı doydurmur. Polufabrikat qidaları yedikdən sonra insana doyumluluq hiss gəlmir. Onlar doydurmaqdan çox acdırır.