Hələ min illər qabaq qadınlar təbiətin onlara bəxş etdiyi məhsulları öz gözəllik və gəncliklərini qorumaq üçün istifadə etməyi öyrəniblər. Təbii vasitələr labaratoriya şəraitində hazırlanan vasitələr qədər effektivdir. Hərdən onların dəriyə təsir effektivliyi hətta daha güclüdür. Misal üçün, təbii yağların tərkibindəki vitaminlər sintetik yağlardan derma qatının dərinliyənə daha yaxşı çata bilir
Təbii kosmetik vasitələr uzun müddətli nəticə təmin edir və əsl müalicəvi təsir göstərə bilər.
Ancaq, istehlakçılar çox zaman belə vasitələrdən şikayətlənirlər.
Dərhal effektin olmaması əsas şikayətlərdəndir. Tamamilə sintetik tərkibə malik krem bircə dəfə çəkildikdən sonra öz effektini göstərir. Onun təbii analoqu isə yalnız bir aydan sonra təsir göstərməyə başlayır. Əlbətdə, birinci variant daha cəlbedici görünür. Ancaq, sintetik kremin istifadəsini dayandırdıqda, dəriniz əvvəlki vəziyyətinə qayıdacaq. Əksinə olaraq, təbii krem zərif nəmləndirə və epidermisi sağlam maddələrlə zənginləşdirərərək, tonusunu artıra bilər və beləliklə, davamlı effekt əldə edilə bilər.
Hamam üçün təbii vasitələr (sabun, şampun, saç balzamları) də həmçinin tənqid olunur. Misal üçün, istehlakçılar vasitələrin tədbiqini çətinləşdirən köpüyün az olmasından, şikayətlənir. Sintetik vasitələr isə tərkibində sodium lauril sulfatın olması hesabına yaxşı köpüklənir. Ancaq, bu maddə dəridə nazik qat bıraxır və onun yan fəsadı var. Adi saç balzamlarından istifadədən sonra saçlarınız daha həcmli, qalın və hamar olur. Bunu onların tərkibindəki silikona borcluyuq. Təbii vasitələr isə saçları yalnız yumşaq edir və bu yetərli görünməyə bilər. Və siz vərdiş etdiyiniz adi balzamları almaq üçün əllərinizi uzadırsınız. Amma silikon qalın və gözəl saçların yalnız ilyuziyasını yaradır. Əslində isə o saçlarınızı daha nazik edir.
Sonda mən qeyd etmək istəyirəm ki, təbii vasitələr ilk istifadədə effektiv görünməyə bilər. Təbii komponentlərin yüksək konsentrasiyası hesabına son nəticə dərhal əldə olunmaya bilər. Siz belə kosmetik vasitələrə vaxt keçdikcə alışacaqsınız və onlardan necə istifadə etməyi öyrənəcəksiniz. Sizin dəriniz və saçlarınız sintetik vasitələrdən istifadəni dayandırdıqda müşahidə edilən “gerıalma simptomlar”-ı dəf etməlidir. Tezliklə, siz orqanik vasitələri dəyərləndirə biləcəksiniz və onlar sizin üçün əvəzolunmaz olacaq.