Çox zaman qadınlar sahib olduqları bədən quruluşundan narazı olur. Hərdən bu sinəyə də aid olur. “Həddən artıq nəzərəçarpan” döşlərə malik olan qadınlar onların daha kiçik olmasını arzulayır. Lakin, çox zaman bunun əksini görürük. Halbuki, insanlar yersiz komplekslərdən əziyyət çəkirlər. Onlar bədənin bu hissəsi ilə razı şəkildə yaşamağa və onu necə var elə qəbul etməyi öyrənməyi bacarmalıdırlar. Mavi gözlər və ya tünd saçlarla olduğu kimi. Daha bir vacib nüans. Çatışmazlıqları üstünlüklərə çevirməyi öyrənmək lazımdır. SHUTTERSTOCK_368210735_Huge

Sinənin ölçüsü və forması da daxil olmaqla demək olar ki, hər şey dəbin qaydaları ilə tabedir. Məlumdur ki, nənələrimiz o zaman məşhur aktrisalara bənzəmək üçün döşlərini yaylıqla möhkəm şəkildə bağlayardılar. Bunun əksinə olaraq, analarımız bir zamanlar gözəllik ilahələri hesab edilən Afaq Bəşirqızı, Firəngiz Mütəllimova, Leyla Bədirbəyli kimi sinələrini yuxarı hissəyə qaldırardılar. On il bundan qabaq yastı sinə yenidən dəbə gəldi. Hazırki dövrdə isə, kişilərin bəyəndiyi kimi iri sinələr populyarlıq qazanıb.

Yeganə bir nəticəyə gəlmək olar ki, dəyişən dəbə uyğunlaşmaq üçün siz də, mənim əziz oxucularım, döşlərin formasını və ölçüsünü dəyişdirmək fikrinə düşə bilərsiniz. Amma buna tamamilə ehtiyac yoxdur çünki, hər insanın öz zövqü var. Və elə kişilər vardır ki, dolu bədən quruluşlu xanımları bəyənir.

Beləliklə, biz özümüzü inandırmağa çalışdıq ki, sinənin ölçüsü o qədər də vacib deyil. Ancaq, hamımız sinəmizin qayğısına qalmalıyıq. İdman hərəkətləri və kontrast duşların (yeri gəlmişkən hər dəfə duşdan sonra yumşaldıcı döş kremi istifadə etməyi unutmayın) köməyilə onları daha möhkəm edə bilərik. Döşləri masaj etmək olmaz, amma onların elastikliyini artırmaq üçün gündəlik bir neçə dəqiqəlik dairəvi “sorucu” hərəkətlərlə yüngülcə tumarlaya bilərsiniz.

Üstəlik, döşləri necə “daşımaq” lazım olduğunu da bilməlisiniz. Onurğanızı qatlayaraq yeriyərək və sinənizi qalın sviter altında gizlədərək, heç bir kompliment eşitməyəcəksiniz.

SHUTTERSTOCK_395138029_Huge

Gündəlik idman hərəkətləri:

  1. Əllərinizi sinənizin hündürlüyündə birləşdirin və onları bacardığınız qədər sıxın (4 dəfə, 20 saniyə hər biri);
  2. Əllərinizi boynunuzun arxasına qoyun və dirsəklərinizi arxaya doğru hərəkət etdirin (20 dəfə);
  3. Əllərinizi boynunuzun arxasına qoyun və dirsəklərinizi bir-birinə tərəf hərəkət etdirin (20 dəfə);
  4. Əllərinizi çiyinlərinizə qoyun və dirsəklərinizlə irəli və geriyə dairəvi hərəkətlər edin (20 dəfəyə qədər);