Tətilə hazırlaşmağın qızğın vaxtıdır və bu məqalədə biz sizin maraqlı dəyişikliyinizi tamamlayan beş əsas prosedurdan danışacağıq.
Mükəmməl nəmləndirmə
Dəri nə qədər qurudursa, onu qaraltmaq bir o qədər çətindir və belə dəri ultrabənövşəyi radiasiyanın zərərinə asanlıqla məruz qalır. Biorevitalizasiya- hialuron turşusunun dəriyə yeridilməsi nəmlik balansını normallaşdırmağa kömək edəcək. Bu turşunun unikal xüsusiyyətləri hesabına o su molekullarını dəriyə cəlb edib saxlaya bilir, effekti 3-4 gün ərzində görəcəksiniz, təsiri isə 6 aya kimi uzanacaq. 30-35 yaşına qədər bu problem peşəkar qayğı ilə hialuron turşusu iynələrinin birgə istifadəsi ilə həll edilə bilər.
Qırışlardan can qurtarmaq
Fraksion termoliz xırda qırışları, akne izlərini, çapıqları və çatları aradan qaldırmağa kömək edir. Lazer şüaları dəridə mikrotermal sağalma hissələrin yaranmasını asanlaşdırır. Dəriniz demək olar ki, zədələnməmiş qalır və bütün müalicə olunan hissələr qısa müddətdə sağalır. Ən vacib üstünlüklərdən biri budur ki, bu prosedurda infeksiya keçmək riski yoxdur və dərinin sancması cəmi bir neçə saat davam edir.
Parıltını nəzarətdə saxlamaq
Üz üçün Jacque masajından istifadə etməklə siz yağ vəzlərinin aktivliyini azalda, iltihabın və məsamələrin çirklənməsinin qarşısını ala bilərsiniz. Bu masajdan əhəmiyyətli nəticə alanadək, həftədə iki və ya üç dəfə istifadə edə bilərsiniz. Masaj prosedurunun müddəti 10 dəqiqədən artıq olmamalıdır, çünki bu masaj travmalara səbəb ola bilər. Yağlı dərilərə tədbiq edilən avadanlığın istifadəsi proseduruna gəldikdə, siz ultrabənövşəyi şüalanma terapiyasını da istifadə edə bilərsiniz. Yüksək tezlikli cərəyan impulsları yağ vəzlərinin funksiyasını nizamlamağa və məsamələri yüngülcə kiçiltməyə kömək edir.
Bədəni cəlbedici etmək
Çox güman ki, sizin əhəmiyyətli dərəcədə arıqlamağa vaxtınız yoxdur. Ancaq, kriosauna sizə bir az incələşməyə kömək edəcək. O kompleks effekt təmin edir. Kriosaunanın içində çox soyuq temperaturda (-140C) keçirilmiş iki və ya üç dəqiqə metabolizmi sürətləndirir və arıqlamağa səbə olur.
Saçları boyamaq və gücləndirmək
Yayda saçlar günəşin təsirinə məruz qaldığı bir dövrdə, rənglənmə tərkibində naşatır spirti olmayan rənglərlə aparılmalıdır. Bu prosedur üçün götürülən rənglərin tərkibində xüsusi ultrabənövşəyi filtrlər var onlar saçların nəmlənməsinə yardımçı olur. Siz öz təbii saç rənginizdən bir az tünd və ya həmin rəngə yaxın bir rəng əldə etmək istədikdə, saçlarınızı bütün uzunluğu boyu rəngləməlisiniz. Sarışın saçlı qadınların saç kökləri xüsusi vasitələrlə rəngi açılaraq, sonra əvvəlcədən işlənmiş hissələrə ziyanı az olan rənglər çəkilməlidir. Belə saç rənglənməsi peşəkar nəmləndirmə proseduru ilə tamamlanmalıdır.