Həyatın qanunlarına uyğun olaraq biz hamımız bir gün dünyanı tərk edəcəyik. Ancaq, gənc qalmaq üçün çalışıb, yaşımıza və xəstəliklərimizə meydan oxuya bilərik.  Bunun üçün öz həyat tərzimizi dəyişməliyik, bizim məsləhətlər sizə bunu etməkdə kömək edəcək.

SHUTTERSTOCK_294312155_Super

Hərəkət edin. Siz bədəninizi formada saxlamalısınız. Enerjili və formada olmaq cavanlıq və sağlamlığın əsas şərtlərindəndir.  Araşdırmalar göstərir ki, piyada yerimək (bunu həftədə bir neçə dəfə etmək kifayətdir) gələcəkdə idrak pozulmalarının qarşısını ala bilər. Çəki də həmçinin nəzarətdə saxlanmalıdır- piylənmə yaxın gələcəkdə həyatınızı pisləşdirə bilər.

Dərinizin qayğısına qalın və onu qoruyun. Piqment ləkələri yaşlanmanın çirkin işarələridir. Dərinizi günəşin şüalarından xüsusi vasitələr hesabına həmişə qorumalısınız və onu nəmləndirməlisiniz.

Balıq yeyin. Balıqda olan Omeqa-3 yağ turşuları iltihab əlyhinə təsirə malikdir və ürəyin fəaliyyətinə müsbət təsir göstərə bilər.  İspan skumbriyası, qızıl balıq, alabalıq və sardina kimi yağlı balıqlara üstünlük verin (onların tərkibində yüksək miqdarda Omeqa-3 yağ turşuları var)

SHUTTERSTOCK_94725664_Huge

Siqaret çəkməyi tərgidin. Adətən siqaret çəkən adamlar öz yaşlarından böyük görünürlər. Siqaretin tərkibində olan qətran və kanserogenlər yalnız daxili orqanlara deyil, həmçinin saç, dişlər və dəriyə mənfi təsir göstərir.

Əzələ yığın. Onurğa həyat sütunu əzələlər isə çərçivə adlandırılır. Həftədə ən azı 2 dəfə idman etmək lazımdır. İdman etdiyiniz zaman qan oksigenlə zənginləşir və kalorilər yanır, immunitet möhkəmlənir. İnsanın iş qabiliyyəti və əhvalı da yaxşılaşır.

Vitamin qəbul edin. Vitaminlər orqanizmin cavan saxlanması üçün çox vacibdir və onlar yaşlanma simptomlarına qarşı effektli şəkildə mübarizə aparır. A, C və E vitaminləri hüceyrələri gənc saxlayır, immun sistemini gücləndirir və siqaret tüstüsünün və radiasiyanın fəsadlarını müalicə edir. Bütün antioksidantlar azad radikalların səbəb olduğu oksidləşmə prosesi ilə mübarizə aparır. Alimlər inanırlar ki, azad radikallar yaşlanmanın əsas səbəbkarlarıdır.

SHUTTERSTOCK_344720807_Huge

Pozitiv qalın. Bu gənc, orta və yaşlı insanlara aiddir. Həqiqət budur ki, qocalmaq dünyanın axırı deyil. Siz hətta bu yaş dövründə özünüz üçün maraqlı xobbilər tapa və yeni bir şeylər kəşf edə bilərsiniz. Müxtəlif elmi araşdırmalar təsdiq edir ki, öz yaşlarına qarşı mənfi emosiyalara sahib olanlar daha çox ürək tutmaları riski altındadır.  Yaş sadəcə rəqəmlərdir. Əgər siz düşünürsünüzsə, gəncsiniz deməli bu belədir!